info@ddla.gov.az
AZ


Dövlət Dəniz və Liman Agentliyinin işçi heyəti üçün Azercell Akademiyası tərəfindən 6 gün davam edən proqramla “Biznes etiket” təlimləri keçirilib.
Professional iş mühitində işçi heyətinin öhdəliyində olan məsuliyyətlər, etiketin sahələri, ünsiyyət elementləri, elektron etiket, vizual və qeyri-vizual kommunikasiya mövzularını əhatə edən təlim proqramında əməkdaşlar sözügedən istiqamətlər üzrə yeni bilik və bacarıqlara yiyələniblər.
Təlimlərin yekununda Agentliyin əməkdaşları Azercell Akademiyası tərəfindən sertifikatlarla təltif olunublar.