
Dövlət Dəniz
və Liman Agentliyində (DDLA) Alman Gəmiqayırma və Dəniz Sənayesi
Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq etdiyi nümayədə
heyəti ilə görüş təşkil olunub.
Tədbirdə alman
iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki səfirliyinin və Alman-Azərbaycan
Xarici Ticarət Palatasının nümayəndələri də iştirak ediblər.
Görüşdə Dövlət
Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov rəqabətədavamlı
dəniz nəqliyyatı sahəsinin formalaşdırılması və müvafiq sahə üzrə
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlərdən danışıb.
Həmçinin Orta
Dəhliz üzrə yükdaşımaların həcminin artması fonunda alman şirkətləri ilə
potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə təsnifat
cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinin tələbləri, dəniz limanlarında fəaliyyətin
dövlət tənzimlənməsi, dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, liman
infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarını
maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət
Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti
ilə tanışlıq olub.