info@ddla.gov.az
AZ


\"İnnovasiya Könüllüləri\" İctimai Birliyinin könüllüləri Dövlət Dəniz və Liman Agentliyində \"Dəniz nəqliyyatı və limanlarda İnnovativ könüllülər\" proqramı ilə fəaliyyətə başlayır. 
Növbəti iki ay ərzində Agentlikdə fəaliyyət göstərəcək könüllülər vətəndaş məmnunluğu səviyyəsinin ölçülməsində, texniki və kargüzarlıq proseslərində yaxından iştirak edəcəklər. 
Proqram müddətində könüllülər peşəkar iş mühitində müvafiq sahələr üzrə bilik və bacarıqlarını artıracaqlar.
Könüllülərimizə fəaliyyətlərində uğurlar arzu edirik!