Tədbir çərçivəsində Dövlət Dəniz və Liman
Agentliyinin əməkdaşları da daxil olmaqla dəniz nəqliyyatı sahəsində fəaliyyət
göstərən özəl və dövlət şirkətlərindən ümumilikdə 35 nəfər dənizçi “Uzaq səfərlər
kapitanı”, “Donanmanın fəxri işçisi” və “Birinci dərəcəli mexanik”
nominasiyaları üzrə xüsusi döş nişanları ilə təltif olunub.
Dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislərin əzmkarlığı, peşəkarlığı və fədakarlığı dənizlərdəki gücümüz və etibarımızdır.
Bütün dənizçilərimizi peşə bayramı münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!