info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada növbəti il üçün ilkin satınalma planının hazırlanmasında iştrak etmək və satınalma planının dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
  • Agentlik tərəfindən satınalma müsabiqəsinin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsində iştirak edilməsi;
  • Qurum tərəfindən keçirilən satınalma müsabiqələri barədə elan və bildirişlərin dərc edilməsi, müsabiqə nəticəsində bağlanılmış satınalma müqavilələri barədə məlumatların dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi, malgöndərənlərə (podratçılara) müsabiqələrdə iştirak üçün fərdi dəvətlərin göndərilməsinin təşkili;
  • Qurum tərəfindən həyata keçirilən satınalma müsabiqələri üzrə tenderin nəticələri haqqında yekun protokolun tərtib edilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada satınalma müqavilələrinin layihələrinin hazırlanması və imzalanması ilə bağlı zəruri prosedurların həyata keçirilməsi;
  • Tələb olunan mallar, işlər və ya xidmətlərə dair daxili və xarici bazarların araşdırılması və təhlilinin aparılması;
  • Təchizatçılarla bağlanan müqavilələrin reyestrinin aparılması və nəzarət edilməsi;
  • Müqavilələrin müvafiq qanunvericiliyə uyğun şəkildə hazırlanmasını təmin edərək izləmək;
  • Daxil olan müraciətlərin vaxtında çevik şəkildə analiz edərək cavablandırmaq;
  • Müvafiq hesabatların hazırlanması və analiz edilməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” və digər qanunvericilik aktları barədə məlumatlı olmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları;
  • Satınalmalar sahəsində peşəkar təcrübə və biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Planlama və zamanın idarə olunması;
  • Problemləri həll etmə bacarığı;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 3 il iş təcrübəsi.

 

Təhsil və kvalifikasiyalar:

 

  • İqtisadi ixtisaslar üzrə ali təhsil

 

Dil bilikləri:

 

  • Azərbaycan dili (səlis) və İngilis dili (B1)

 

Arzu olunan tələblər:

 

  • Satınalma və təchizat üzrə beynəlxalq və yerli sertifikatların və ya diplomun olması;
  • Rus dili biliyi (B2).

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.