info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində müvafiq qeydlərin aparılması;
  • Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”nin və digər gəmi sənədlərinin verilməsi ilə bağlı sənədlərin hazırlanması;
  • “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmilərin və dəniz limanlarının yoxlanılmasını həyata keçirmə, həmçinin keçirilən yoxlamalara uyğun olaraq şəhadətnamələrin hazırlanması;
  • Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasında iştirak edilməsi və müvafiq sənədlərin hazırlanması;
  • Gəmilərin və gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” üzrə həyata keçirilmiş yoxlamaların nəticəsinə uyğun olaraq müvafiq Şəhadətnamələrin hazırlanması;
  • Gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” üzrə planlarının yoxlanılması;
  • Gəmi agenti kursları üzrə proqramların hazırlanmasında iştirak edilməsi;
  • Gəmilərin təhlükəsiz istismarına dair sənədlərin hazırlanması;
  • Şöbənin vəzifələrinə uyğun olaraq əmrlərin və müraciətlərlə bağlı müvafiq sənədlərin hazırlanması;

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların və yerli qanunvericiliyin tələbləri;
  • “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları” haqqında biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Stresə davamlılıq.
  • Planlama və zamanın idarə olunması bacarığı;
  • İnnovativlik;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi.

 

Təhsil və kvalifikasiyalar:

 

  • Gəmi sürücülüyü, Gəmi energetik qurğularının istismarı və ya Gəmiqayırma və gəmi təmiri ixtisasları üzrə ali təhsil.

 

Dil bilikləri:

 

  • Azərbaycan dili (səlis), İngilis dili (B1)

 

Arzu olunan tələblər:

 

  • Dənizçilik sahəsində müvafiq Beynəlxalq Təşkilatlardan beynəlxalq konvensiyalar və məcəllələr üzrə “Auditor” kursunun bitirilməsinə dair sertifikatların olması;
  • Rus dili-(B1).

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.