Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi və biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların Dövlət Dəniz və Liman Agentliyində təşkil olunmasına dair

TƏLİMAT

1. Bu Təlimat Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra - Agentlik) 25 iyul 2024-cü il tarixli 3-27-106/3-2-268/2024/1 nömrəli Əmrinin icrasının təmin edilməsi və xüsusi hazırlıq şəhadətnamələri və sıravi heyət hazırlığı üzrə dinləyicilərin biliyinin yekun qiymətləndirilməsi imtahanlarının Agentlik tərəfindən keçirilməsi qaydalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır

2. Bu Təlimat Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra - Agentlik) tərəfindən dənizçilərin sertifikatlaşdırılması zamanı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (bundan sonra – DHDNÇ Konvensiyası) imtahanlara dair tələblərinin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi üçün tətbiq edilir.

3. Xüsusi hazırlıq şəhadətnamələri və sıravi heyət hazırlığı üzrə dinləyicilərin biliyinin yekun qiymətləndirilməsi DHDNÇ Konvensiyasının I/8 Qaydasının tələblərinə müvafiq olaraq tətbiq edilən “Dənizçilərin biliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin qiymətləndirilməsi sisteminə uyğun olaraq mərkəzləşdirilmiş qaydada Agentlikdə təşkil olunur.

4. Bu Təlimat aşağıdakı imtahanların təşkili qaydalarını müəyyən edir:

5. Bu Təlimatın 4-cü bəndində göstərilən imtahanların məzmunu, müddəti və qiymətləndirilmə meyarları Agentlik tərəfindən müəyyən edilir və rəsmi internet səhifəsində dərc edilir.

6. Bütün imtahanlar kompüter testi vasitəsilə keçirilir.

7. Bu Təlimatın 4-cü bəndində göstərilən bütün kompüter test imtahanları Agentliyin inzibati binasında Gəmi heyəti departamenti tərəfindən müəyyən edilən qrafikə uyğun olaraq təşkil olunur.

8. Bütün imtahanların videogörüntüsü qeydə alınır.

9. İmtahana başlamazdan öncə namizəd şəxsiyyətini təsdiq edən sənədini təqdim etməli və imtahan qaydaları ilə tanış olmalıdır.

10. İmtahan zamanı köməkçi vasitədən (telefon və ya digər rabitə vasitələri, elektron cihaz, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, cədvəl, vərəq və s.) istifadə edən, zalda yerini dəyişərək, yerindən duraraq, danışaraq, başqa şəxsə kömək edərək və ya başqa şəxsin köməyindən istifadə edərək və bu kimi digər hallarda imtahanın gedişinə mane olan namizəd imtahandan kənarlaşdırılır və nəticəsi ləğv olunur. İmtahandan kənarlaşdırılan şəxs ən tez 3 (üç) ay sonra təkrar imtahanda iştirak edə bilər.

11. Xüsusi hazırlıq şəhadətnamələrini yeniləmək məqsədilə imtahanda iştirak etmək üçün namizəd Agentliyə müraciət edərək qeydiyyatdan keçməlidir.

12. Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi şəhadətnamələrin etibarlılıq müddətinin bitməsinə 6 (altı) ay qalmış təmin edilir.

13. Namizəd xüsusi hazırlıq kurslarının nəticələrinin qiymətləndirilməsi və sıravi heyət hazırlığı üzrə Agentlikdə keçirilən test imtahanlarında 3 (üç) dəfə iştirak edə bilər.

14. Xüsusi hazırlıq kursları üzrə imtahanlarda düşəcək sual sayı 20 və keçid 70 faizdir.

15. Sıravi heyət hazırlığı üzrə imtahanlarda düşəcək sual sayı 50 və keçid 60 faizdir.

16. Xüsusi hazırlıq kurslarının nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda bütün cəhdləri uğursuzluqla nəticələnmiş şəxs yenidən imtahanlarda iştirak etmək üçün müvafiq təlimə təkrar cəlb olunmalıdır.

17. Sıravi heyət hazırlığı üzrə yekun test imtahanlarında bütün cəhdləri uğursuzluqla nəticələnmiş şəxs sonuncu imtahan tarixindən ən tez 3 (üç) ay sonra təkrar imtahanda iştirak edə bilər.

18. İmtahanın nəticəsindən narazı qalan namizəd bununla bağlı Agentliyin İdarə Heyətinin sədrinə müvafiq qaydada apellyasiya müraciəti ünvanlaya bilər.

19. Təlim-tədris mərkəzi tərəfindən sıravi heyət hazırlığı üzrə dinləyicilərin biliyinin yekun qiymətləndirilməsi üçün Agentliyə rəsmi qaydada aşağıdakı sənədlər təqdim olunmalıdır:

20. Xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə verilməsi üçün imtahan protokollarına aşağıdakı sənədlər əlavə olunur:

21. Xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsinə dair Agentlikdə təşkil olunan imtahanlarda iştirak etmək istəyən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:

22. Namizəd təyin olunmuş imtahan vaxtından gec gəldikdə imtahana buraxılmır.

23. İmtahanın nəticəsi imtahan protokolu ilə rəsmiləşdirilir.

24. Etibarlılıq müddətinin bitməsindən 24 (iyirmi dörd) ay və daha artıq müddət keçmiş Xüsusi hazırlıq şəhadətnaməsinin yenilənməsi üçün müraciət edən şəxs təlim tədris mərkəzlərində müvafiq xüsusi hazırlıq kursunda iştirak etməlidir.

Qeyd: Bu Təlimat Dövlət Dəniz və Liman Agentliyinin 10 fevral 2025-ci il tarixli 3-27-106/3-2-35/2025 nömrəli Əmri ilə təsdiq edilmişdir.