Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın təhsilə dair tələblərinin icrası ilə bağlı

TƏLİMAT

1. “Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (bundan sonra – Konvensiya) təhsilə dair tələblərinin icrası ilə bağlı” Təlimat (bundan sonra – Təlimat), Konvensiyanın təhsilə dair tələblərinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır.

2. Təlimat, Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra - Agentlik) tərəfindən dənizçilərin sertifikatlaşdırılması zamanı Konvensiyanın təhsilə dair tələblərinin icrası ilə bağlı qarşıya çıxan uyğunsuzluqların və ziddiyyətlərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi üçün tətbiq ediləcəkdir.

3. Dənizçilərə sertifikatların (diplomların) verilməsi və yenilənməsi Konvensiya ilə, habelə milli qanunvericiliklə müvafiq vəzifələr üzrə müəyyənləşdirilmiş digər tələblər nəzərə alınmaqla, təhsil haqqında həqiqi dövlət sənədi əsasında həyata keçirilir.

4. Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün Konvensiyanın təhsilə dair tələbləri aşağıda göstərilən qaydada tətbiq edilir:

5. Xarici ölkələrdə dənizçilik ixtisasları üzrə alınmış ali və ya orta ixtisas təhsili əsasında sertifikatın (diplomun) verilməsi:

6. Sertifikatın (diplomun) verilməsi və yenilənməsi üçün dənizçilik ixtisasları üzrə ali təhsil pilləsinin yalnız bakalavriat səviyyəsi əsas kimi qəbul olunur.

Qeyd:Təlimat Dövlət Dəniz və Liman Agentliyinin 23 dekabr 2024-cü il tarixli 3-27-106/3-2-447/2024 nömrəli Əmri ilə təsdiq edilmişdir.