Sertifikatın (diplomun) və xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə verilməsi və yenilənməsi üçün tələb olunan dənizdə üzmə stajına dair

TƏLİMAT

1. Gəmilərin heyət üzvlərinin dənizdə üzmə stajının (bundan sonra – dənizdə üzmə stajı) hesablanması dənizçinin qeyd kitabçasındakı müvafiq qeydlər və/və ya onların gəminin heyət üzvü qismində işləmələri barədə məlumatların əks olunduğu digər sənədlər və/və ya dənizçilik təhsili müəssisəsinin tədris proqramının, həmçinin ixtisas hazırlığı üzrə kurs proqramının yerinə yetirildiyini təsdiq edən təcrübə jurnalı (bundan sonra – dənizdə üzmə stajını təsdiq edən sənədlər) əsasında həyata keçirilir.

2. Sertifikatın (diplomun) və xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə verilməsi və yenilənməsi üçün dənizdə üzmə stajı aşağıdakı şəkildə hesablanır:

3. Kapitan və komandir heyəti sertifikatlarının (diplomlarının) ilk dəfə əldə edilməsi üçün tələb olunan dənizdə üzmə stajı, qross tonnajı (ümumi tutumu) və ya baş mühərriklərinin ümumi gücü iddia olunan sertifikata (diploma) uyğun olmalıdır.

4. Kapitan və komandir heyəti sertifikatlarının (diplomlarının) yenilənməsi zamanı tələb olunan dənizdə üzmə stajı qross tonnajı (ümumi tutumu) 500 və yuxarı olan və ya baş mühərriklərinin ümumi gücü 750 kvt və yuxarı olan gəmilərdən, həmçinin, müvafiq olaraq qross tonnajı (ümumi tutumu) 500-dən az olan və ya baş mühərriklərinin ümumi gücü 750 kvt-dan az olan gəmilərdən təqdim edilməlidir.

5. Sertifikatın (diplomun) və xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üçün gəmilərdə faktiki vəzifəyə uyğun və ya sertifikatda (diplomda) göstəriləndən bir pillə aşağı olan müvafiq vəzifə üzrə funksiyaları yerinə yetirilməsinə dair dənizdə üzmə stajını təsdiq edən sənədlər təqdim edilməlidir.

6. Sertifikatın (diplomun) ilk dəfə əldə edilməsi üçün tələb olunan dənizdə üzmə haqqında arayış digər təsdiqedici sənədlərlə birlikdə təqdim edilməlidir.

7. Dənizdə üzmə stajını təsdiq edən sənədlərin, həmçinin ümumvətəndaş pasportunun ölkəyə giriş-çıxış tarixlərinin və ya dövlət sərhədindən hərəkəti barədə məlumatların uyğunluğu yoxlanılmalıdır.

8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında, habelə ərazi sularında üzən gəmilərdən təqdim olunan arayışlar gəminin və şirkətin möhürü ilə təsdiqlənməlidir.

9. Vəzifə artımı zamanı dənizdə iş stajı son on il ərzindəki müddətlərdən təqdim edilməlidir.

10. Dənizçi gəmidə “Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyəti tərkibinin say həddi haqqında Əsasnamə” ilə qoyulan minimum tələblərə əməl olunması şərtilə əlavə heyət üzvü olaraq xidmət edirsə, sertifikatına (diplomuna) uyğun olaraq gəmidə xidmət etdiyi vəzifəyə dair üzmə stajı qəbul oluna bilər.

11. Üzmə haqqında arayışlarını itirmiş və yaxud üzmə haqqında arayışlarını təsdiqlədə bilməyən dənizçilərin şirkətin bağlandığı, gəminin sıradan (istismardan) çıxması və ya satılması və s. səbəblərdən yenidən üzmə haqqında arayış əldə edə bilməmələri halında, gəminin sahib olduğu şirkətin bağlandığına, gəminin sıradan çıxdığına və ya satıldığına dair sənəd təqdim edilməsi şərtilə, xarici sularda üzən dənizçilərin ümumvətəndaş pasportunun ölkəyə giriş-çıxış tarixləri və ya dövlət sərhədindən hərəkəti barədə məlumatları yoxlanılmaqla, həmçinin Azərbaycan Respublikasının ərazi sularında üzən dənizçilərdən iddia edilən tarixlərdə sözügedən gəmidə işlədiyinə dair rəsmi sənəd təqdim etməklə, gəmidə xidmətləri dənizdə üzmə stajı kimi hesablanır.

12. Sertifikatın (diplomun) və xüsusi hazırlıq şəhadətnaməsinin yenilənməsi üçün dəniz nəqliyyatı sahəsi üzrə müəssisələrdəki iş stajının ½ hissəsi qəbul edilir.

13. Sertifikatın (diplomun), habelə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üçün son 5 il ərzində ən azı 12 ay və ya son 6 ay ərzində ən azı 3 ay dənizdə üzmə stajı tələb olunur.

14. Kapitan və komandir heyəti sertifikatının (diplomunun) yenilənməsi üçün:

15. Sıravi heyət sertifikatının (diplomunun) yenilənməsi üçün yuxarıdakı 13-cü bəndin tələblərinə cavab verməyən dənizçi bilik və bacarıqların Agentlik tərəfindən yoxlanılması imtahanında iştirak etməlidir.

16. Müvafiq tipli gəmilərdə xidmət etmək üçün tələb olunan xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və ya yenilənməsi üçün 13-cü bənddə qeyd edilən dənizdə üzmə stajı sözügedən gəmilərdən təqdim edilməlidir.

17. Yuxarıdakı 13-cü bəndin tələblərinə cavab verməyən dənizçi, xüsusi hazırlıq şəhadətnamələrini yeniləmək üçün Agentlik tərəfindən tanınmış təlim-tədris mərkəzlərində təlimlərdə və Agentlikdə təşkil olunan imtahanlarda iştirak etməlidir.

18. Xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələb olunan dənizdə üzmə stajı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın tələbləri ilə müəyyənləşdirilir.

19. Üzmə haqqında arayışlarda gəmidə xidmət müddəti hər bir şirkətin iş rejiminə uyğun olaraq tərtib edilməlidir.

20. Dənizdə üzmə stajı ilə bağlı təqdim olunan sənədlərdə hər hansı saxtalaşdırma və ya uyğunsuzluq aşkar edildikdə müraciətə baxılmasından imtina edilir.

21. Dənizdə üzmə stajının hesablanması zamanı natamam ayların bütün günləri otuz günə tamamlanır.

22. Yuxarıdakı bəndlərdə qeyd olunan müddəaların tələblərinə əsasən təqdim olunan dənizdə üzmə stajını təsdiq edən sənədlərdə göstərilən məlumatların həqiqiliyinə görə bu sənədləri təqdim edən şəxslər məsuliyyət daşıyırlar.

Qeyd: Təlimat Dövlət Dəniz və Liman Agentliyinin 11 dekabr 2024-cü il tarixli 3-27-106/3-2-434/2024 nömrəli Əmri ilə təsdiq edilmişdir.