Dövlət Dəniz və Liman Agentliyində keçirilən imtahanlarda iştiraka dair
YADDAŞ VƏRƏQİ
Hörmәtli imtahan iştirakçısı!
Məqsədimiz biliklərinizi nümayiş etdirmək üçün sizə bərabər şərait yaratmaq, imtahanlarda şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir.
İmtahanda uğur qazanmaq üçün siz yüksək bilik nümayiş etdirməklə yanaşı, bu “Yaddaş vərəqində” göstərilənləri mütləq nəzərə almalı və imtahanın keçirilmə qaydalarına əməl etməlisiniz.
Sizə uğurlar arzulayırıq!
NAMİZƏDƏ QADAĞANDIR!
• İmtahan zalına mobil telefon və ya digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, cədvəl, vərəq, və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
• yandırıcı, partlayıcı, kəsici, deşici və digər təhlükəli əşyalarla imtahan zalına daxil olmaq;
• imtahan başlandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
• nizam-intizam qaydalarını pozmaq;
• zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, danışmaq, kiməsə kömək etmək və ya kiminsə köməyindən istifadə etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
• başqası üçün ayrılmış kompüterə baxmaq və ya öz kompüterinə başqasının baxmasına şərait yaratmaq;
• imtahan zamanı istifadə üçün verilmiş köməkçi vasitələri imtahan zalından çıxarmaq;
• imtahanı yekunlaşdırmadan, həmçinin nəzarətçinin icazəsi olmadan imtahan zalını tərk etmək.
DİQQƏT!
Namizədlər imtahanda köməkçi vasitə kimi yalnız qələmdən, karandaşdan və nəzarətçi tərəfindən verilən xüsusi formalı vərəqlərdən (planşet və s.) istifadə edə bilər.
Namizədə verilmiş bütün köməkçi vasitələr imtahan bitdikdən sonra nəzarətçiyə təhvil verilməlidir.
Qaydaları pozan namizədlər imtahandan kənarlaşdırılır və nəticələri ləğv edilir.
Şəffaflığın və nizam-intizamın təmin edilməsi məqsədilə imtahan prosesi zamanı videoçəkiliş aparılır.
Qeyd: Yaddaş Vərəqi Dövlət Dəniz və Liman Agentliyinin 10 fevral 2025-ci il tarixli 3-27-106/3-2-35/2025 nömrəli Əmri ilə təsdiq edilmişdir.